Futbol üzrə milli komandamızın üzvü Anatoli Nuriyev Ukraynanın "Minay" klubundan ayrılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə 25 yaşlı hücumçu yerli mətbuata açıqlamasında məlumat verib.

Nuriyev azad agent olacağını vurğulayıb.

O, həmçinin zədəsi barədə də danışıb və millimizin Türkiyə ilə oyununa qədər hazır olmayacağını bildirib.