"Brügge" ardıcıl 2-ci dəfə Belçika çempionu olub.

Offsideplus.az xəbər verir ki, "Anderlext"lə 3:3 hesabı ilə bitən oyundan sonra komanda çempion titulunu rəsmiləşdirib. Belə ki, 44 xal toplayan "Brügge" ən yaxın izləyicisi "Genk"i 3 xal qabaqlayır.

Qeyd edək ki, "Brügge" tarixində 17-ci dəfə Belçika çempionatının qalibi olub.