Mahir Emrelinin yayda "Legiya"ya keçidi kifayət qədər real görünür.

Polşa nəhənginin Çempionlar Liqasına vəsiqə qazanması, üstəgəl, Avropanın aparıcı klublarının diqqət mərkəzində olması həmyerlimizi ümidləndirib.

Offsideplus.az xəbər verir ki, Mahirin "Legiya"ya keçidi Polşa mətbuatının da diqqət mərkəzindədir. Odur ki, "sport.pl"dən olan həmkarımız komandanın baş məşqçisi Çeslav Mixneviçlə söhbətdə mümkün transfer barədə sual verib. Təcrübəli çalışdırıcının cavabı belə olub: “Tələsmək istəmirik, ona görə də bir az gözləməliyik. Transferlərlə bağlı dəqiq nəsə söyləmək olmur. Müqavilə imzalanmayana qədər futbolçunun adının açıqlanmasını doğru hesab etmirəm. Çünki istənilən an vəziyyət dəyişə bilər. Bəli, güclənmək istəyirik. Bəzi mövqelər kimi, hücum xəttində də yeni qüvvəyə ehtiyac var". 

Qeyd edək ki, Mahirin "Qarabağ"la müqaviləsinin müddəti gələn ay başa çatır.