UEFA, Avropa Super Liqasına qoşulan 3 klub barədə intizam araşdırmasına start verib.
Offsideplus.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı bəyanat yayıb. Bəyanatda, "Real Madrid", "Barselona" və "Yuventus" klublarının UEFA-nın hüquqlarının pozulması ilə bağlı intizam araşdırmasına başladıldığı bildirilib.
Qeyd edək ki, bir müddət öncə, adıçəkilən üç klub təzyiq və təhdidlərə baxmayaraq müasir futbolda islahatlara davam edəcəklərini açıqlayıb.