DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq - Azərbaycan matçı yeni stadionda keçirilə bilər.
Offsideplus.az "Paperjam" nəşrinə istinadən xəbər verir ki, bu barədə Lüksemburq bələdiyyəsinin sədri Lidi Polfer danışıb. O, Azərbaycana qarşı oyunun "Stade de Luxembourg" arenasında keçirilə biləcəyini açıqlayıb.
Qeyd edək ki, Lüksemburq - Azərbaycan matçı sentyabrın 1-də Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.