Bu gün UEFA İcraiyyə Komitəsinin iclası baş tutub. Üzvlərin görüşü zamanıson günlər aktual mövzuya çevrilən Avropa Super Liqası da müzakirə olunub.
Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, uzun sürən müzakirələrdən sonra bu layihənin qurucusu hesab olunan 12 kluba sanksiya tətbiq olunmayıb.
Xatırladaq ki, aprelin 19-da İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Super Liqa təşkil etdiklərini açıqlamışdı. Nəticədə “Real”la “Barselona”dan başqa bütün klublar turnirdən imtina ediblər.