UEFA prezidenti Aleksander Çeferinin illik qazancı məlum olub.

Offsideplus.az “Vozpopuli”yə istinadən xəbər verir ki, qurumun sloveniyalı rəhbəri 2019/20 mövsümündə vergilər xaric 2,19 milyon avro qazanıb.

Bu məbləğ isə əvvəlki mövsümlə müqayisədə 450 min avro çoxdur.

Qeyd edək ki, Çeferin 2016-cı ildən bu yana ümumilikdə 6,7 milyon avro qazanıb.