Azərbaycanlı  idman hüquqşünası sevindirici xəbər alıb.

Offsideplus.az xəbər verir ki, Fərid Haqverdiyev İnternational Sport Lawyers Assosiationa (Beynəlxalq İdman Hüquqşünasları Assosiasiyası) üzv seçilib. İşin təsdiqlənməyi müəyyən vaxt alsa da, yekunda gerçəkləşib. Haqveydiyev assosiasiyaya üzv seçilən ilk azərbaycanlı olub.

Qeyd edək ki, Fərid bəy bir müddət öncə UEFA-nın fəaliyyətinə qadağa qoyduğu "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimovun hüquqlarını müdafiə etmək işini təmənnasız üzərinə götürmüşdü.