12 klub əsasında qurulan Avropa Super Liqasının fəaliyyətinə son verilib.
Offsideplus.az xəbər verir ki, layihəyə daxil olan İngiltərənin 6 klubu rəsmən yeni liqadan ayrıldığını açıqlayıb. Bu barədə "Arsenal", "Liverpul", "Mançester Siti", "Mançester Yunayted", "Tottenhem" və "Çelsi" klubları məlumat yayıb.
Bundan əlavə, "İnter" və "Milan"ın da yaxın zamanlarda liqanı tərk etdiklərini açıqlayacağı bildirilir. "Yuventus" və İspaniya klubları isə rəsmi açıqlamanı gözləyirlər.
6 komandanın rəsmən ayrılmasından sonra təşkilat açıqlama yayıb və liqanın fəailiyyətinin dondurulduğu qeyd olunub:
“Mövcud şərtləri nəzərə alaraq layihəni dəyişdirmək üçün ən uyğun addımları nəzərdən keçirməliyik. İngiltərə klublarının təzyiq altında etdikləri açıqlamalarına baxmayaraq, biz təklifimizin Avropa qanunvericiliyi və qaydalarına tam uyğun olmasına əminik. Avropa Superliqası əmindir ki, qitə futbolunun hazırkı statusu dəyişməlidir. Mövcud sistem işləmədiyi üçün yeni bir Avropa rəqabəti təklif edirik".
Qeyd edək ki, bütün bu hadisələrdən sonra "Real"ın və Avropa Super Liqasının prezidenti Florentino Peres dünən axşam verəcəyi müsahibəni ləğv edib.