İngiltərə mətbuatı yerli klublardan bəzilərinin Avropa Super Liqasından ayrılacağı ilə bağlı iddia ortaya atıb.

Offsideplus.az "The Guardian"a istinadən xəbər verir ki, "Çelsi""Mançester Siti" klubları yeni qurulan liqanı tərk etməyə hazırlaşır. Bundan əlavə, "Liverpul"un da azarkeşləri tərəfindən təzyiqlər səbəbindən ayrılacağı gözlənilir.

Qeyd edək ki, bir çox mənbələrdə Avropa Super Liqasına qoşulan klubların artıq 23 illik müqavilə bağladığı bildirilir.