UEFA prezidenti Aleksander Çeferin Avropa Klublar Assosiasiyasından ayrılan "Yuventus"un prezidenti Andrea Anyelli və "Mançester Yunayted"in vitse-prezidenti Ed Vudvardı ilana bənzədib.
Offsideplus.az xəbər verir ki, bu barədə 53 yaşlı funksioner özü açıqlayıb:
"İnanılmazdır. İlanların bizə bu qədər yaxın olduğunu bilmirdik, indi bildik".
Qeyd edək ki, Andrea Anyelli yeni qurulan Avropa Super Liqasının vitse-prezidenti seçilib.