Fransa yığmasının keçmiş futbolçusu Cibril Sisse karyerasını bərpa edib.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı hücumçu ABŞ-ın 4-cü divizion təmsilçisi "Panatinaikos Çikaqo" ilə müqavilə imzalayıb. 

Qeyd edək ki, Sissenin son klubu 2017/18 mövsümündə İsveçrənin "İverdon-Sport" komandası olub.