Futzal üzrə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi bu gün növbəti matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda səfərdə Slovakiya yığması ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Bununla da millimiz 3-cü qrupun qalibi kimi Avropa çempionatının final mərhələsinı vəsiqə qazanıb.

Yığmamız tarixi ərzində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. 

Qeyd edək ki, futzalçılarımız son oyununu aprelin 14-də Yunanıstana qarşı keçirəcək.

Avropa çempionatının seçmə mərhələsi

IV tur

3-cü qrup

18:00. Slovakiya - Azərbaycan 1:1

Qol: Martin Doşa, 5, Kardoso, 40

Hakimlər: Kirill Naishouler, Arttu Kyynaeraeinen, Martin Matula

Levitsa İdman Sarayı