Gürcüstan çempionatında 7-ci turun görüşləri keçirilir.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti oyununa çıxıb.
Komanda doğma meydanda Kutaisi “Torpedo”su ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
İbrahim Qədirzadə də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi 90+2-ci dəqiqədə meydana buraxılıb.