Kipr çempionatında 35-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” doğma meydanda Nikosiya “Omoniya”sı ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Araz start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

Geridə qalan turlarda 69 xal toplamış Famaqusta təmsilçisi hazırda çempionluq uğrunda mübarizə aparan “ilk altılıq”da üçüncü pillədə qərarlaşıb.