“Neftçi” klubunun futbolçusu Mamadu Kane Qvineya millisində növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsində Namibiya ilə səfər oyununda (2:1) start heyətdə meydana çıxıb və 17-ci dəqiqədə komandasının yeganə qoluna imza atıb.
Bu, Kanenin Qvineya milli komandasında ilk qoludur.