DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə - Latviya oyunu öncəsi azarkeşlərə müjdə verilib.
Offsideplus.az xəbər verir ki, mart ayının 30-da İstanbul Atatürk Olimpiya Stadionunda oynanılacaq matça azarkeşlər də buraxılacaq.
Türkiyə Futbol Federasiyasının (TFF) UEFA ilə razılaşdırdığı tibb protokollarına əsasən, qarşılaşmaya arenanın yüzdə on beş faiz tutumu çərçivəsində tamaşaçı buraxılacaq.
Görüşə bilet satışı barədə ayrıca məlumat veriləcək.