Həmyerlimiz Fərid Nəbiyevin çıxış etdiyi Çexiyanın “Viktoriya” klubu yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, Jijkov təmsilçisi Praqa “Sparta”sı ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

Fərid Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və komandasının yeganə qolunu vurub.