“Brügge” klubunun baş məşqçisi Filipp Kleman koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, onunla yanaşı futbolçulardan Stefano Densvil, Matey Mitroviç və Hans Vanakenin də test nəticəsi müsbət çıxıb.
Onların hamısı karantinə alınıb. Bu səbəbdən həm baş məşqçi, həm də futbolçular Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində Ukraynada keçiriləcək Kiyev “Dinamo”su ilə ilk oyunu buraxacaqlar.