İran çempionatında 10-cu turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, "Trakto" səfərdə "Zobahan"ın qonağı olub. Cənubi Azərbaycan təmsilçisi 1:2 hesablı qələbə ilə xallarının sayını 16-ya çatdırıb. "Traktor"un qollarının müəllifi komandanın kapitanı Məhəmməd Abbaszadə olub.

Qeyd edək ki, turnir cədvəlində hazırda 3-cü pillədə qərarlaşan "Traktor" lider "İstiqlal"dan 2 xal geridədir.