Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Şimali Makedoniya yığmasına rəhbərlik edə bilər.

Offsideplus.az xəbər verir ki, 51 yaşlı xorvatiyalı mütəxəssis yerli federasiya ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Qeyd edək ki, Şimali Makedoniya seçməsi İqor Angelovskinin rəhbərliyi altında AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanıb. Robert Prosineçki 2014 - 2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.