"İsrailə qayıtdığım üçün peşman deyiləm. Amma ailəm Azərbaycanda yaşamağa razılaşsaydı, karyeramı orada başa vurardım".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və "Sumqayıt" klubunun sabiq futbolçusu Əli Babayev "One" nəşrinə açıqlamasında "gənclik şəhəri" təmsilçisindən ayrılmasının səbəbi barədə danışarkən deyib.
Hazırda çıxış etdiyi İsrailin "Makkabi" (Petah-Tikva) komandasından ayrılmağa hazırlaşan 30 yaşlı yarımmüdafiəçi ailəsinə görə bu addımı atdığını bildirib: "Azərbaycanda uzun müddət oynaya bilərdim. Çünki orada hər şey mənim üçün çox yaxşı idi. Yenidən Azərbaycana qayıdacağıma şübhə etmirəm. Hələ də oradakı insanlarla əlaqə saxlayıram. Mənə qazandırdıqlarına görə onları çox sevirəm".
Qeyd edək ki, 2018-ci ildə "Sumqayıt"da çıxış etmiş Əli Babayev Azərbaycan millisinə də dəvət alıb (Report).