Fransa yığmasının və PSJ klubunun sabiq baş məşqçisi Loran Blanın işsiz günləri başa çatıb.
Offsideplus.az Fransa mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis Qətər “Əl-Rayan” klubu ilə anlaşıb. Fansalının köməkçilərindən birinin Frank Passi olacağı iddia olunub.
Qeyd edək ki, Loran Blan son komandası olan PSJ-dən 2016-cı ildə ayrılıb. O, bir dəfə “Bordo”, üç dəfə isə PSJ ilə Fransa çempionu olub.