"Neftçi” və “Qarabağ”ın sabiq məşqçisi Ruben Sellesin yeni iş yeri Danimarkanın "Kopenhagen" komandası olub.
Offsideplus.az xəbər verir ki, 37 yaşlı mütəxəssis baş məşqçi Cess Torupun köməkçisi olacaq.
Qeyd edək ki, Ruben Selles 2012-2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə "Qarabağ"da baş məşqçilərin köməkçisi vəzifəsində çalışıb. O, son olaraq İspaniyanın "Valensiya" klubunun U-18 komandasının baş məşqçisi postunu tutub.