"Barselona"nın sabiq futbolçusu Andres İnyesta 4 ay müddətinə sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, hazırda Yaponiyanın “Vissel Kobe” klubunun şərəfini qoruyan İnyesta bu barədə öz "instaqram" hesabında paylaşım edib. Paylaşımda deyilir:
"Hamıya salam! Keçən həftə "Suon" ilə matçda zədələndikdən sonra sağ ayağımda əzələ yırtığı aşkarlandı. Bir çox testlərdən keçdikdən və həkim qrupu ilə məsləhətləşdikdən sonra sağlamlığıma diqqət göstərmək və əməliyyat keçirmək qərarına gəldik. Əməliyyat uğurlu alındı və özümü çox yaxşı hiss edirəm. Məqsədim ən çox sevdiyim şeydən zövq almaq üçün bir an əvvəl meydanlara qayıda bilməkdir. Beləliklə, bütün enerjim əvvəlki formama qayıtmağa və qarşıdakı digər işlərə sərf olunur. Sevgiləriniz üçün hər kəsə, dəstəyi üçün "Vissel Kobe" klubunun tibbi sağlamlıq xidmətlərinə, xüsusən də həkim Ramon Kuqat və bütün komandasına təşəkkür edirəm".