Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq UEFA Super Kuboku matçını idarə edəcək hakimin adı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Çempionlar Liqası qalibi "Bavariya" və Avropa Liqasını qazanan "Sevilya" arasındakı matçı ingilis hakim Antoni Teylor idarə edəcək.
Köməkçi hakimlər Geri Besvik və Adam Nunn olacaq. Dördüncü hakim funksiyasını isə Orel Grinfild yerinə yetirəcək.
Xatırladaq ki, "Bavariya" və "Sevilya" klubları arasında keçiriləcək UEFA Super Kuboku matçı sentyabrın 24-də Budapeştdə baş tutacaq.