Futbol üzrə Çexiya 2-ci divizionunda 3-cü turun görünləri keçirilib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) səfərdə “Prosteyov” ilə qarşılaşıb və komanda bu oyundan qələbə ilə ayrılıb - 2:0.

Fərid Nəbiyev də bu görüşün iştirakçısı olub. O, 60-cı dəqiqədə meydana çıxıb. Komandasının ikinci qolunu da 90+1-ci dəqiqə həmyerlimiz vurub.