Bu gün "Qarabağ" klubu "Azersun Arena"da "Sabah"la yoxlama oyunu keçirib.
Offsideplus.az xəbər verir ki, görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda meydan sahiblərinin yeni transferi Uroş Matiç də fərqlənib. Penaltini dəqiq yerinə yetirən serbiyalı futbolçu "köhlən atlar"ın heyətində ilk qolunu vurub.