Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi "Albasete" klubu İspaniya Sequndasında XXXV tur matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, rəqib "Las Palmas" komandası olub. Albasetedəki Estadio "Carlos Belmonte" stadionunda keçirilmiş görüş qolsuz tamamlanıb - 0:0.

Start heyətində yer almayan İsrafilov 46-cı dəqiqədən sonadək meydanda olub.

Bu nəticədən sonra xalını 40-a çatdıran "Albasete" xalını 40-a çatdırıb və autsayderlər zonasından 2 xal aralanıb. 46 xala malik "Las Palmas" isə 11-ci pilləyə yüksəlib.