Futbol üzrə Çexiya 2-ci divizionunda 24-cü turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, gənclərdən ibarət millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya Jijkov” səfərdə “Jihlava” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Start heyətdə meydana çıxan Fərid 58-ci dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, “Viktoriya” hazırda 44 xalla 16 komanda arasında 3-cü pillədə qərarlaşıb.