Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 31-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, yığma komandamızın üzvü Dmitri Nazarovun çıxış etidiyi "Erzgebirge" səfərdə "Sankt Pauli" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov 66-cı dəqiqədə əvəzlənib.

"Erzgebirge" bu xal itkisi ilə 9-cu pilləyə düşüb. Aue təmsilçisinin 41 xalı var.