Çexiya 2-ci divizionunda 22-ci turun görüşləri keçirilib.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçular - Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti oyununa çıxıb.
Sözügedən komanda səfərdə “Hradeç Kralove” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:5. Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 23-cü dəqiqədə əvəzlənib. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.