Uels Futbol Assosiasiyası COVİD-19 epidemiyasına görə dayandırılan milli çempionata yekun vurulması haqda qərar qəbul edib.
Offsideplus.az xəbər verir ki, dörd liqada mövsümə yekun vurulduğu açıqlanıb. Klubların fərqli sayda oyun keçirdiyi üçün onların topladığı xallar orta hesabla sayılıb.
“Konnas Kuey” 26 turdan sonra 56 xalla birinci olub və çempion elan olunub.