Futbol üzrə Belarus çempionatının IX turunun "Minsk" - "Neman"  matçı təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, mayın 15-də keçirilməli olan oyundan əvvəl futbolçulardan birində virusun simptomları aşkarlanıb.

Mayın 16-na nəzərdə tutulan I liqanın V turunun "Arsenal" (Dzerjinsk) - "Lokomotiv" (Qomel) görüşü də eyni səbəbdən keçirilməyəcək.

Qeyd edək ki, Belarus hazırda çempionatı davam edən yeganə Avropa ölkəsidir.