"Bavariya"nın sabiq futbolçusu Aryen Robben karyerasını Braziliyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir, Braziliyanın "Botafoqo" klubunun vitse-prezidenti Rikardo Rotenberq "Globoesporte.globo.com" saytına açıqlamasında 35 yaşlı yarımmüdafiəçi ilə danışıqlar apardıqlarını təsdiqləyib: "Əlbəttə risk var, çünki uzun müddət oynamayıb. Lakin çalışdım, klubumuzun onunla maraqlandığını bildikdə mənə cavab verdi. Özü də bizdə oynamaqda maralıdıir".
Qeyd edək ki. Aryen Robben 2019-cu ilin yayında karyerasını bitirdiyini açıqlayıb. O, “Bavariya”dan başqa, Hollandiyanın “Qroningen”, PSV, İngiltərənin “Çelsi” və İspaniyanın “Real Madrid” klublarının formasını geyinib.