Kiyev "Dinamo"sunun azərbaycanlı futbolçusu Aleksandr Əliyev maraqlı açıqlamaları ilə diqqətləri çəkib.

Offsideplus.az xəbər verir ki,  yarımmüdafiəçi komandanın sabiq baş məşqçisi Valeri Qazzayevi tənqid edib və onu "şərəfsiz" adlandırıb. O, hazırda Ukraynanın Dövlət Dumasında çalışan Qazzayev haqda bunları deyib:

"İstəyirəm ki, hər sahədə vicdanlı insanlar olsun, xüsusən Dövlət Dumasında."

Əliyev bildirib ki, belə insanlar vəzifəyə ancaq ciblərini doldurmaq üçün gedir:

"İndi necə olduğunu bilmirəm. Bəs çoxları Dövlət Dumasına niyə girir? Cibləri daha çox doldurmaq üçün..."