Kiprin I Divizionunda XXIX turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, milli komandamızın futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb.
Famaqusta təmsilçisi səfərdə AEL-lə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Araz 89-cu dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, 29 oyundan sonra 60 xal toplayan “Anortosis” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.