FİFA futbolda gözlənilməz dəyişiklər etməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, beynəlxalq futbol təşkilatı yeni qaydaları Almaniya, Niderland, ABŞ, İngiltərə və Belçikada sınaqdan keçirtmək niyyətindədir.
FİFA bu ölkələrdə aşağıdakı 5 yeniliyi test edəcək:
1.Autun ayaqla istifadə olunması: Top bu zaman sərbəst zərbədə olduğu kimi oyuna daxil ediləcək.
2.Sərbəst zərbə vuran futbolçu topla rahat hərəkət, özünə ötürmə verə, hətta driblinq edə biləcək.
3. Vaxt cəzası: Sarı vərəqə olan oyunçu ikinci sarı göstərilmədən 2, 5 və ya 10 dəqiqə meydandan kənarlaşdırılıb, yenidən meydana buraxılacaq.
4. Dayandırma vaxtı: Basketbolda olduğu kimi, oyun dayansa, saat da dayandırılacaq.
5.Limitsiz əvəzetmələr: Məşqçilər oyunçuları istədikləri qədər dəyişdirə biləcəklər.
Bu təcrübənin əvvəlcə gənc komandalarda sınaqdan keçirilməsi planlaşdırılır. Uğurlu olduğu halda, həvəskar və kubok yarışlarında testlər keçiriləcək. Hətta Erediviziyada sınaqların olacağı bildirilir.