Yığma komandamızın qapıçısı Emil Balayev Qazaxıstanın “Tobol” klubundan ayrılıb.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı qolkiperlə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Ona bundakı sonrakı karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, Emil Balayev "Tobol"a ötən mövsümün əvvəlində transfer olunmuşdu. O, bu komandanın heyətində 36 matçda meydana çıxıb.