Kiprin I Divizionunda XXVIII turun oyunları keçirilir. 

Offsideplus.az xəbər verir ki, məlumatına görə, milli komandamızın futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb.

Famaqusta təmsilçisi doğma meydanda “Apollon”la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matça ehtiyat oyunçular skamyasında başlayan Araz 48-ci dəqiqədə meydana çıxıb. 

Qeyd edək ki, 28 oyundan sonra 57 xal toplayan “Anortosis” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.