Almaniyanın II Bundesliqasında XXVI turun oyunları keçirilir.

Offsideplus.azxəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” klubu da meydana çıxıb.

Aue təmsilçisi səfərdə “Yunion Berlin”lə üz-üzə gəlib. Matç 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Start heyətində yer alan Nazarov matçın sonuna kimi meydanda qalıb.

Qeyd edək ki, aktivində 30 xal olan “Erzgebirge” hazırda turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.