Millimizin hücumçusu Ramil Şeydayev şəxsi "instagram" hesabından maraqlı paylaşım edib.

Belə ki, o, azarkeşlərə təşəkkür edib və formalarını həmişə onlara verdiyini bildirib. Şeydayevin paylaşımını olduğu kimi sizə təqdim edirik:

"P.S. İnbox və kommentlərdəki dəstək mesajlarınıza görə nə qədər təşəkkür etsəm azdır. Forma istəyənlərə isə dərin hörmətimlə demək istəyirəm ki, hər oyundan sonra formaları azarkeşlərə verirəm, geyim fabriki açan kimi hərənizə bir forma göndərəcəm".