İtaliya A Seriyasıda mübarizə aparan “Kalyari” klubunun yarımmüdafiəçisi Joao Pedronun dopinq-testi müsbət nəticə göstərib.

Offsideplus.az Goal.az-a istinadən xəbər verir ki, qanında qadağan olunmuş preparat aşkarlanan braziliyalı futbolçu müvəqqəti olaraq diskvalifikasiya olunub.

Qeyd edək ki, 25 yaşlı havbek bu mövsüm A Seriyasında 21 oyun keçirib və 5 qol vurub. Joao Pedro "Atletiko Mineyro", "Palermo", "Vitoriya Qimarayeş", "Penyarol" və "Santos"un da şərəfini qoruyub.