Xorxe Sampaoli “Santos”un (Braziliya) baş məşqçisi istefa verib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı mütəxəssis öz istəyi ilə postundan ayrılıb.
Sampaoli 2018-ci ilin dekabrından “Santos”u çalışdırırdı. Komanda onun rəhbərliyi altında ölkə çempionatında ikinci olub.
Xatırladaq ki, 59 yaşlı mütəxəssis daha əvvəl Çili və Argentina milli komandalarını, həmçinin “Sevilya”nı çalışdırıb.