“Araz “Anortosis”ə icarəyə veriləndə müqavilədə onun transfer qiyməti qeyd olunmuşdu”.
Offsideplus.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı deyib.
O, müqavilə ilə “qırmızı-qaralar”a məxsus olan yarımmüdafiəçi Araz Abdullayevin hazırda icarə əsasında formasını geyindiyi “Anortosis”ə transferi məsələsinə aydınlıq gətirib.
Menecer Arazın birdəfəlik transferi ilə qarşı tərəfin ilin əvvəllərində maraqlandığını təsdiqləyib: “Yanvarda onların meneceri Arazı transfer etmək barədə düşündüklərini bildirmişdi. Ancaq ondan bəri “Anortosis”dən bir xəbər çıxmayıb. Yəni, hələlik Kipr klubundan rəsmi müraciət edilməyib. O ki qaldı məbləğə, Arazın transfer qiyməti ilə qarşı tərəf çoxdan tanışdı. Çünki müqavilədə həmin bənd öz əksini tapıb”.
Qeyd edək ki, Kipr mətbuatında “Qəbələ”nin bu keçid üçün “Anortosis”dən 150 min avro tələb etdiyi yazılıb.