Kipr mətbuatı "Anortosis"in azərbaycanlı futbolçusu Araz Abdullayevdən yazıb.
Offsideplus.az xəbər verir ki, "SuperSport" saytı ölkə çempionatının son turunun AEK-lə matçında qol vuran həmyerlimizin oyununu yüksək qiymətləndirib:
"Araz uzun müddətdən sonra ilk qolunu vurdu. Çox yaxşı oyun keçirdi və bəzi komanda yoldaşlarından fərqli olaraq, yüksək qiymətə layiq görüldü. Digər futbolçular da onun kimi öz üzərlərində çox işləməlidirlər".
Qeyd edək ki, AEK - "Anortosis" oyunu 2:2 hesabı ilə başa çatıb. Qarşılaşmada hesabı 33-cü dəqiqədə məhz Abdullayev açıb.