Futbol üzrə İran çempionatında 10-cu turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, Cənubi Azərbaycanın elitadakı təmsilçisi “Maşınsazi” də növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Zobahan”la qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu görüşdən qələbə ilə ayrılıb – 2:1.

Təbrizin daha məşhur “Traktor” klubu isə bu tur səfərdə “Sepahan”a uduzub.

“Traktor” hazırda 17 xalla 16 kollektiv arasında beşinci, “Maşinsazi” 12 xalla 10-cudur.