Rusiya millisinin sabiq azərbaycanlı futbolçusu və “Znamya” klubunun hazırkı üzvü Aleksandr Səmədovun 1 yaşlı oğlu yanıb.

Offsideplus.az xəbər verir ki, xəstəxanaya yerləşdirilən azyaşlıya üz, döş qəfəsi və kürəyin birinci və ikinci dərəcəli yanığı diaqnozu qoyulub.