“Bu heyət, bu gün meydana çıxan uşaqlar qəhrəmandırlar. Dörd gün ərzində 3 ağır oyun keçirmək, hesabdan asılı olmayaraq, sona qədər vuruşmaq, mübarizə aparmaq çox çətindir. Bunu rəqib məşqçilər də deyir. Hətta bu gün əsas yük 5 oyunçunun üzərinə düşdü. Nihad İsmayılovun zədəsi var və onu meydanda az saxladım".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Araz"ın baş məşqçisi Joze Alesio Da Silva UEFA Çempionlar Liqasının əsas mərhələsində "Xerson"a 3:8 hesabı ilə uduzduqları oyundan sonra deyib.
"Fiziki cəhətdən çox çətindir. Real danışsaq, hazırkı vəziyyətdən daha yaxşısını etmək heç kimə asan görünməsin. İnanın, 30 illik karyeramda ilk dəfə bu cür halla rastlaşırdım” - deyə o bildirib.