Milli komandamızn üzvü Araz Abdullayevin "Anortosis"dəki çıxışı Kipr mətbuatında yüksək qiymətləndirilir.
Offsideplus.az xəbər verir ki, bu ölkənin "Super SportFM" nəşri Arazın gəlişi ilə komandadakı rəqabətin artdığı və heyətin gücləndiyini yazıb.
Portalda qeyd olunub: "Komandanın orta xəttində Viktor, Qançev, İvebor və Ekonomdidis kimi futbolçular var. Cinahda Araz, Kalo, Sisse, Palanka, Kamaras və Azeros oynayır. Demək olar ki, Araz komandanı rəqabət baxımından xeyli gücləndirib. İndi baş məşqçi Roni Levin seçim imkanı daha çoxdur".
Qeyd edək ki, A.Abdullayev ötən ilin avqustunda "Qəbələ"dən icarə əsasənda "Anortosis"ə keçib. O, Kipr çempionatında 20 oyuna 2 qol vurub.